BolgeXeber.Com » İqtisadiyyat » Azərbaycanın ikinci peykini orbitə buraxacağı vaxt açıqlandı

Azərbaycanın ikinci peykini orbitə buraxacağı vaxt açıqlandı

6-04-2018, 12:49
Oxunub: 2 888 Azərbaycanın ikinci peykini orbitə buraxacağı vaxt açıqlandıAzərbaycanın "Azerspace-2" telekommunikasiya peykinin bu ilin mayın 25-də orbitə buraxılması nəzərdə tutulub.

Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Fransanın "Airanespace" şirkəti məlumat yayıb.

"Hindistan "Ariane 5” rabitə peykini orbitə buraxdıqda, "GSAT 11” və milli peyk operatoru olan "Azerspace 2/İntelsat 38” birgə çalışacaq”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, "Azərkosmos” ASC və "Airanespace” şirkətləri arasında 2015-ci ilin dekabr ayında Azərbaycanın ikinci telekommunikasiya peykinin geostasionar orbitə çıxarılmasına dair müqavilə imzalanıb.