“Süpürgəçilərə xüsusi geyimlər verilsə belə, həmin yollarda...” - deputat
6-04-2018, 15:38
Oxunub: 3 302
Bakıya yoltəmizələyən maşınların gətirilməsi təklif olunur.
Milli Məclisin deputatı Aydın Mirzəzadə “Report”a açıqlamasında bildirib ki, Bakıda nəqliyyatın intensiv hərəkət etdiyi yollarda təmizlik işləri üçün canlı qüvvədən istifadə etmək olmaz. Bu işin çox təhlükəli olduğuna diqqət çəkən deputat qeyd edib ki, süpürgəçilər üçün xüsusi geyimlər verilsə belə, həmin yollarda yalnız texnika işləməlidir: “Texnika ilə həmin yollardan keçərkən kənarda təmizlik işləri aparan qadınları görəndə həyəcan hissi keçirirəm. Bir nəfərin itkisi belə bizim üçün çox ağırdır. Çünki o da kiminsə anası və həyat yoldaşıdır. Bu baxımdan yollarda ancaq texnikanın istifadə edilməsini məqbul hesab edirəm”.
A.Mirzəzadə əlavə edib ki, Milli Məclisdə cəmiyyətdə baş verən sosial problemlər qaldırılır: “Adıçəkilən məsələ də parlamentdə bir neçə dəfə səsləndirilib. Təbii ki, hər zaman bu problem gündəmdə qalmalıdır. Lakin ilk növbədə məsələnin həlli ilə məşğul olan təşkilatlar mövcud çıxış yolları axtarıb tapmalıdırlar. Bir sözlə, hərəkət edən maşınla süpürgəçinin təması mümkünsüz olmalıdır. Süpürgəçilər üçün verilən xüsusi jiletlər müəyyən bir çıxış yoludur. Lakin hərəkətdə olan avtomobillə yolda, yol qırağında olan insanın toqquşması ehtimalı çox yüksəkdir”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər