BolgeXeber.Com » Bölgə » Bərdədə gənc kamança ifaçılarının II respublika müsabiqəsinin I mərhələsi keçirilib-FOTO

Bərdədə gənc kamança ifaçılarının II respublika müsabiqəsinin I mərhələsi keçirilib-FOTO

7-04-2018, 09:05
Oxunub: 13 432 Bərdədə gənc kamança ifaçılarının II respublika müsabiqəsinin I mərhələsi keçirilib-FOTOBərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Bərdə şəhər 1 nömrəli uşaq incəsənət məktəbində Habil Əliyev adına gənc kamança ifaçılarının II respublika müsabiqəsinin I mərhələsi keçirilib

Azərbaycan xalq çalğı alətlərinin kamanlı-simlilər qrupunun ən parlaq nümunəsi kamançadır

Kamança,muğamlarımızın ifasında əsas olan trioya (tar, kamança, qaval) daxildir. Kamançanın müxtəlif növləri başqa adlarla Şərq və Orta Asiya xalqları arasında yayılmışdır.
Kamança ifaçılığının Azərbaycanda yüksək inkişafı XIX əsrin ikinci yarısından başlayaraq xanəndəlik sənətinin inkişaf etməsi ilə bağlıdır. İlk nümunələri balqabaqdan, hind qozundan hazırlanar, fil sümüyü ilə bəzədilərmiş. Bir və ikisimli kamançanın nə vaxtsa yaylı qopuzdan formalaşması güman edilir.

2017-ci ildə YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmiş kamança ifaçılığının təbliği,respublikada kamança ixtisası üzrə musiqi təhsilinin inkişaf etdirilməsi,istedadlı uşaq və gənclərin aşkara çıxarılması,onların dəstəklənməsi,habelə milli musiqi mədəniyyətinimizin görkəmli nümayəndəsi,məşhur kamança ifaçısı Habil Əliyevin xatirəsinin əbədiləşdirilməsi üçün gənc kamança ifaçılarının müabiqəsi keçirilib.
Müsabiqəyə regional idarənin Mingəçevir,Yevlax şəhər və Bərdə,Tərtər rayon nümayəndəliklərindən qatılmışdırlar.Müsabiqə 3 fərqli yaş kataqoriyası üzrə aparılıb ki,hər yaş həddinə uyğun olaraq iştirakçılar 10-13,14-17 və 18-21 yaşlarında çıxış ediblər.Müsabiqə iştirakçılarından 10-13 yaş kateqoriyası üzrə çıxış edənlərdən Yevlax şəhər Aran musiqi məktəbinin 2-ci sinif şagirdi Baxşəliyev Yusif Ramil oğlu və Bərdə rayon 1 saylı uşaq incəsənət məktəbinin 3-cü sinif şagirdləri Bənizadə Mamani Niyaməddin Həbib oğlu və İsgəndərli Yusif Nəvai oğlu, 14-17 yaş kateqoriyası üzrə müsabiqə iştirakçılarından Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin 2-ci sinif şagirdi və Bərdə rayon 1 saylı uşaq incəsənət məktəbinin 3-cü sinif şagirdi Həmidov Hümbət Azər oğlu çıxışları münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək müsabiqənin 2-ci mərhələsində çıxış etmək hüququ əldə ediblər.Müsabiqənin ikinci turu isə Bakı şəhərində keçiriləcək.Bu turda regionlardan seçilmiş iştirakçılar müsabiqənin münsiflər heyəti tərəfindən dinlənilərək qiymətləndiriləcəkdir.
Sonda münsiflər müsabiqə qalibləri ilə görüşüb onların digər turlarda uğur qazanmaları üçün öz tövsiyyələrini veriblər.
Bolgexeber.com