BolgeXeber.Com » İqtisadiyyat » Avropanın ən varlı insanı məlum olub

Avropanın ən varlı insanı məlum olub

7-04-2018, 09:27
Oxunub: 3 255 Avropanın ən varlı insanı məlum olub"Louis Vuitton Moët Hennessy" şirkətlər qrupunun prezidenti Bernar Arno Avropanın ən varlı insanıdır

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

O, sərvətinin miqyasına görə, Avropada 1-ci, dünyada isə 4-cü yerdədir. "Bloomberg Billionaires Index"in versiyasına görə, Bernar Arno sərvətinin miqyası üzrə "Inditex" şirkətinin qurucusu və keçmiş rəhbəri Amansio Orteqonu ötüb. Agentlik fransız milyarderin sərvətini 70,7 milyard dollar dəyərləndirib.

Arno dünyanın ən varlı insanları arasında "Amazon" şirkətinin qurucusu Ceff Bezosdan, "Misrosoft"un qurucusu Bill Qeytsdən və amerikalı iş adamı Uorren Baffetdən geri qalır.