BolgeXeber.Com » Mədəniyyət » Bu gün vəfat edən nazir müavini “Gün keçdi”də rol alıb - Video

Bu gün vəfat edən nazir müavini “Gün keçdi”də rol alıb - Video

9-04-2018, 14:27
Oxunub: 4 214 Bu gün vəfat edən nazir müavini “Gün keçdi”də rol alıb - VideoXəbər verdiyimiz kimi, Səhiyyə nazirinin müavini Abbas Vəlibəyov vəfat edib.

"Qafqazinfo" xəbər verir ki, tanınmış jurnalist Xaqani Səfəroğlu mərhum məmurla bağlı maraqlı məlumat paylaşıb:

"Onu efirlərdə və canlı heç görmədim. Adını isə bir maraqlı tarixə görə yadda saxlamışam. Abbas müəllim 60-cı illərdə Azərbaycanda yaranan ilk rok qrupu olan “Eskulap”da gitara ifa edib.

Məşhur "Gün keçdi" filmindən fraqment.. Filmdə unudulmaz "Bir axşam taksidən.." mahnısının caz variantını 60-cı illərdə populyar olan "Eskulap" qrupu ifa edir.

Fotoda "Bitlz" qrupunun üzvlərinə oxşayan bu cazibədar bas -gitaraçı oğlan Abbas Vəlibəyovdur.

Allah rəhmət eləsin!"