BolgeXeber.Com » Xəbərlər » “Hafka”nın oğlanlarının bankı onun şirkətini məhkəməyə verib

“Hafka”nın oğlanlarının bankı onun şirkətini məhkəməyə verib

9-04-2018, 16:55
Oxunub: 2 008 “Hafka”nın oğlanlarının bankı onun şirkətini məhkəməyə veribLəğv prosesində olan “Bank of Azerbaijan” ASC “Baghlan Group” FZCO şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyini məhkəməyə verib.

“Report”un məlumatına görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən bank kredit müqaviləsi üzrə borcun qaytarılması barədə tələb irəli sürüb.

Məhkəmə iddianı təmin etməyib. Lakin kredit borcun məbləği açıqlanmır. Qərardan narazı qalan bank apellyasiya şikayəti verib.Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “Baghlan Group”un sahibi “Hafka” kimi tanınan iş adamı Hafiz Məmmədovdur.

Xatırladaq ki, 2016-cı ilin yanvar ayında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Bank of Azerbaijan” ASC-nin bank lisenziyası ləğv edilib. “Banklar haqqında” qanuna uyğun olaraq banka müvəqqəti inzibatçı təyin edilib. Həmin bank H.Məmmədovun oğullarına məxsusdur.