BolgeXeber.Com » Gündəm » Göygöl sakini DƏDRX-in əməkdaşlarından prezidentə şikayət edir

Göygöl sakini DƏDRX-in əməkdaşlarından prezidentə şikayət edir

9-04-2018, 17:27
Oxunub: 4 977 Göygöl sakini DƏDRX-in əməkdaşlarından prezidentə şikayət edir"Göygöl rayon İcra Hakimiyyətində dəfələrlə olmağıma baxmayaraq şikayətimə bir əlac edən olmayıb"

Bolgexeber.com-un elektron poçtuna Göygöl rayon sakini Əlıyeva Mərcan Mehralı qızı tərəfindən Prezident İlham Əliyeva ünvanlanmış şikayət məktubu daxil olmuşdur.Məktubu olduğu kimi təqdim edirik:
"Hörmətli cənab Prezident!Mən Əlıyeva Mərcan Mehralı qızı Göygöl rayonu Qarabağ məhəlləsində yaşayıram. Mən və mənim ailəm hər zaman Sizi və Sizin siyasətinizi bəyənirik, dəstəkləyirik. Bütün seçkilərdə Sizə və Sizin partiyanıza səs veririk. 11 apreldə də ailəlikcə Sizə səs verəcəyik.
Təəssüflər olsun ki, yerlərdə olan məmurlar biz vətəndaşları dövlətimizdən küsdürməyə, incitməyə çalışırlar.
Göygöl rayon DƏDRX əməkdaşları İcra başçısı Arif Seyidovu saymırlar, ondan çəkinmirlər.
Belə ki, 1997-ci ildən yasadığım torpaq sahəsinin nömrəsi səhv yazılıb. Mən bu səhvi duzəltmək ücün illərdir ki, Göygöl rayon Dövlət Xəritəcəkmə Komissiyasina muraciət etmişəm. Özlərinin etdikləri hərf səhfinə görə, 20 ildir yaşadığım torpaq sahəsinin sənədlərini əldə edə bilmirem. Bununla bağlı dəfələrlə məhkəmə prosesləri olmuş, hər dəfə də mənim xeyrimə qərar çıxarılmasına baxmayaraq Göygöl rayon DƏDRX əməkdaşları nədənsə məhkəmənin qərarını icra etməkdən boyun qaçırırlar. Göygöl DƏDRX-in müdirinə və əməkdaşlarına dəfələrlə nə üçün məhkəmənin qərarını icra etmirsiniz deyə müraciət etsəmdə heç bir faydası olmayıb.
Hətta onlara sizləri icra başçısı Arif Seyidova şikayət edəcəyəm desəm də veclərinə də almayıblar. İcra başçısından və ya heç kimdən qorxmadıqlarını bildiriblər. Göygöl rayon İcra Hakimiyyətində dəfələrlə olmağıma baxmayaraq şikayətimə bir əlac edən olmayıb. Heç başçı Arif Seyidovun hüzuruna belə çıxa bilməmişəm. Məni içəri buraxmayıblar.
Hörmətli cənab Prezident.
Mənim başıma gətirilən bu işin səbəbkarlarının cəzalandırılmasını təmin etməyinizi xahiş edirəm. Bu məsələnin həlli Göygöl rayon İcra başçısı Arif Seyidov və Göygöl DƏDRX-ın müdiri üçün adi bir prosedur qaydasıdır. Lakin mənim üçün həyati əhəmiyyət daşıyır. Xahiş edirəm mənə köməklik edəsiniz".