BolgeXeber.Com » Gündəm » Evi yanan qadın Mehriban Əliyevadan kömək istədi-VİDEO

Evi yanan qadın Mehriban Əliyevadan kömək istədi-VİDEO

10-04-2018, 13:41
Oxunub: 3 546 Evi yanan qadın Mehriban Əliyevadan kömək istədi-VİDEOEvi yanan qadın Mehriban Əliyevaya müraciət etdi

Tərtər rayonu Düyərli kənd sakini Əliyeva Münəvvər Məcnun qızının düz dörd il öncə evi yanıb.

Özünün dili ilə desək, yandırılıb. Elə o vaxtdan bu günə qədər evsiz-eşiksiz qalan Münəvvər xanım dörd körpə uşaqla başqalarının evində qalır. İndiyə qədər hara müraciət edibsə, dərdinə şərik çıxan, ona kömək edən olmayıb.
Elə dövlət qurumları da evi yanan bu xanımın şikayətlərini, evinin təmir olunması üçün etdiyi saysız-hesabsız müraciətləri qulaqardına vurub. Buna görə də Münəvvər xanım ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edərək ondan kömək istəyir.
Bolgexeber.com