Prezidentliyə namizədlər kimə səs verib?
11-04-2018, 15:30
Oxunub: 2 879
Prezidentliyə namizədlərin çoxu artıq səsvermə hüququndan istifadə edib
Bolgexeber.com xəbər verir ki, yenicag.az 11 aprel prezident seçkilərində qeydə alınmış namizədlərin harada və necə səs vermələrini müəyyənləşdirib:
Araz Əlizadə bir qədər əvvəl 17 saylı Yasamal üçüncü seçki dairəsinin 11 saylı seçki məntəqəsində və özünə səs verib.
Fərəc Quliyev 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 25 saylı seçki məntəqəsində səs verib. O, prezidentliyə ən layiqli namizəd qismində özünü görüb.
8 saylı Binəqədi birinci seçki dairəsinin 31 saylı seçki məntəqəsində səs verən Hafiz Hacıyev isə rəqibi İlham Əliyevi seçib.
29 saylı Səbail seçki dairəsinin 28 saylı seçki məntəqəsində səs verən Qüdrət Həsənquliyev isə kimə səs verdiyini açıqlamağı etik saymayıb.
Razi Nurullayev 8 saylı Binəqədi birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsində səs verib. O, “Razi Nurullayevə səs verdiyini” deyib.
Sərdar Cəlaloğlu isə saat 12-də 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 21 saylı seçki məntəqəsində səs verəcək. Sərdar bəy də özünə səs verəcəyini bildirib.
Zahid Oruc ailə üzvləri ilə birlikdə 29 saylı Səbail seçki məntəqəsinin 18 saylı seçki məntəqəsində səs verib. Orucun sözlərinə görə, ailə üzvləri ona, özü isə İlham Əliyevə səs verib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə