BolgeXeber.Com » Siyasət » Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edib

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edib

12-04-2018, 10:32
Oxunub: 3 346 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edibAprelin 11-də Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanAzərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

Türkiyə prezidenti İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, Azərbaycan xalqının rifahı naminə prezidentlik fəaliyyətində ona yeni uğurlar arzulayıb.

Azərbaycan prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.