BolgeXeber.Com » Xəbərlər » Bank xəzinədarı müştəriləri necə aldatdı — TƏFƏRRÜATLAR

Bank xəzinədarı müştəriləri necə aldatdı — TƏFƏRRÜATLAR

12-04-2018, 15:47
Oxunub: 3 286 Bank xəzinədarı müştəriləri necə aldatdı — TƏFƏRRÜATLAR“Muğanbank” ASC-nin xəzinədarı olmuş Azad Malik oğlu Əliyev və zərərçəkmiş İsmixanov Eldar Vəlixan oğlu Ali Məhkəməyə müraciət ediblər

“Ölkə.Az”ın məlumatına görə, məhkumun və zərərçəkmişin məhkəmə psosesinə hakim Əli Seyfəliyev sədrlik edəcək.

İttihama görə, Azad Əliyev külli miqdarda dələduzluqda təqsirli bilinib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilib.

Belə ki, Bakı şəhər sakinləri Abbas Məmmədov, Vüqar Eyvazov və Eldar İsmixanovun şikayət ərizəsində qeyd olunub ki, “Muğanbank” ASC onlara məxsus 183 700 ABŞ dollarını mənimsəyib. 2016-cı ildə fərqli tarixlər olmaqla “Muğanbank” ASC-nin “Dostluq” filialına Məmmədov Abbas Dilsuz oğlu 70.000 ABŞ dolları, Eyvazov Vüqar Xəlil oğlu 68.700 ABŞ dolları və İsmixanov Eldar Vəlixan oğlu 45.000 ABŞ dolları məbləğində əmanət qismində pul vəsaiti qoyublar:
“Biz pulları xəzinədə işləyən Azad Əliyev adlı bir şəxsə təhvil vermişik. Həmin vaxt fililalın müdiri və digər vəzifəli şəxsləri də orada idilər. Eyni zamanda xəzinədə və filial binasında olan kameralar da bütün bu əməliyyatları qeydə alıb. Lakin sonradan pullarımız bank tərəfindən mənimsənildi. Belə ki, bizim banka verdiyimiz pullar yoxa çıxdı”.

Bankın Dostluq filialının müdiri Samir Ələkbərov ifadəsində əməkdaşının dələduzluq etməsindən xəbərsiz olduğunu deyib.

Təqsirləndirilən şəxs isə deyib ki, fiziki şəxslərin pulunu sonradan onun avtomobilindən oğurlayıblar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azad Əliyev 8 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum və zərərçəkmişlər – Eldar İsmixanov və Vüqar Eyvazov ayrı-ayrılıqda apellyasiya şikayətləri veriblər. Ancaq Bakı Apellyasiya Məhkəməsində 1-ci instansiya məhkəməsinin hökmü dəyişmədən saxlanılıb”.