BolgeXeber.Com » Xəbərlər » Növbəti sınaq imtahanı üçün 23 mindən çox abituriyent qeydiyyatdan keçib

Növbəti sınaq imtahanı üçün 23 mindən çox abituriyent qeydiyyatdan keçib

12-04-2018, 17:32
Oxunub: 2 034 Növbəti sınaq imtahanı üçün 23 mindən çox abituriyent qeydiyyatdan keçibDövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 15-də ölkənin 18 şəhər və rayonunda sınaq imtahanları keçirəcək.

DİM-dən verilən məlumata görə, imtahanlar Bakı, Sumqayıt, Xırdalan, Naxçıvan, Gəncə, Tovuz, Mingəçevir, Yevlax, Şəki, Qax, Bərdə, Göyçay, İsmayıllı, Şirvan, Saatlı, Lənkəran, Cəlilabad, Xaçmaz şəhər və rayonlarında, ümumilikdə 45 binada təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 23 124 abituriyent qeydiyyatdan keçib.

Sınaq imtahanı 1 növbə üzrə keçiriləcək və bütün binalarda saat 11:00-da başlanacaq.

İmtahanların idarə edilməsi üçün 144 imtahan rəhbəri, 1383 nəzarətçi-müəllim ayrılıb.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmır.