

21 aprel 19:03

21 aprel 18:29

21 aprel 18:28

21 aprel 18:10

21 aprel 18:08

21 aprel 17:44

21 aprel 17:33

21 aprel 16:22

21 aprel 16:17

21 aprel 16:12

21 aprel 16:05

21 aprel 16:01

21 aprel 16:00

10:55
Bu günün ulduz falı

Ulduz falı: Mistik düşüncələrə ciddi yanaşmayın

QOÇ – Günün ümumi görüntüsü qarşıdurmalarla müşayiət olunacaq. Nə qədər çətin olsa da, əsəblərinizi cilovlamağa çalışın. Bunu bacarsanız, axşama yaxın ovqatınız yüksələ bilər.
BUĞA – Əvvəlki günlərdə verdiyimiz tövsiyələrə əməl etmisinizsə, təxminən saat 12-dən başlayaraq iştirakçısı olduğunuz proseslər xeyrinizə cərəyan edəcək. Özünüzə təzə geyim alın.
ƏKİZLƏR - Ulduzlar ovqatınızı yüksəltmək üçün əllərindən gələni edəcəklər. Amma heç olmasa, özünüz də buna azacıq cəhd etməlisiniz. İnsanlara qarşı gülərüz münasibət göstərin.
XƏRÇƏNG - Fəaliyyət istiqamətində vaxtınızı çox itirməyin. Onsuz da nəzərdə tutulan nəticəni əldə edə bilməyəcəksiniz. Buraxdığınız səhvləri etiraf etməyi və bağışlamağı bacarmalısınız.
ŞİR - Hiss olunur ki, bu gün ümumi gərginlik ovqatınıza hakim olacaq. Elə isə bütün gücünüzü toparlayıb neqativ hallara qarşı müqavimət göstərin. Enerjinizi boş yerə xərcləməyin.
QIZ - Bu təqvimin mahiyyətini romantik məcraya yönəltməklə ümumi gərginliyinizi azalda bilərsiniz. Əks cinsin nümayəndələri ilə mehriban davranın. Özünüzü zəhərlənmədən gözləyin.
TƏRƏZİ - Riskli işlərə, nəticəsinə əmin olmadığınız sövdələşmələrə girişməyin. Daha çox evdə, ailə üzvlərinizlə, dostlarınızla bir yerdə olmağa çalışın. Qonaq getmək də olar.
ƏQRƏB - Qarşınızda duran bu təqvimdə çoxdan görmədiyiniz dost və qohumlarınıza baş çəkin. Nahar ərəfəsində aldanma ehtimalınız olduğu üçün bir qədər tədbirli olun.
OXATAN - Ətrafınızda olan xeyirxah insanların qədrini bilin. Onsuz da həyatda təkbaşına çox şeyə nail ola bilmirsiniz. Yersiz ittihamlara, dedi-qoduya əhəmiyyət verməklə səviyyənizi endirməyin.
OĞLAQ - Bu gün yeganə probleminiz səhhətinizlə bağlı ola bilər. Odur ki, əsəbi situasiyalardan, daxili soyuqdəymədən qorunmalısınız. Qalan məsələlərdə isə ciddi probleminiz olmayacaq.
SUTÖKƏN - Dünyanı düzəltmək fikrindən vaz keçin. Özünüzü və ətrafınızdakıları ədalət müstəvisinə çəkə bilsəniz, bu da böyük işdir. Nəzərə alın ki, insanları inandırmaq qabiliyyətiniz aşağıdır.
BALIQLAR – Mistik düşüncələrə ciddi yanaşmayın. Əksinə, bu gün uğurlu məqamlar yaşayacaqsınız. Maddi çətinliyi özünüzə dərd etməyin. Axşam çoxdan görüşmədiyiniz yaxınlarınıza baş çəkin.
Bölmə: Dünya | 14 aprel 2018 09:23 | Baxış sayı: 269