BolgeXeber.Com » İdman » Avropa Liqasında görünməmiş start

Avropa Liqasında görünməmiş start

14-04-2018, 10:03
Oxunub: 3 276 Avropa Liqasında görünməmiş startAvropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Marsel" (Fransa) - "Leypsiq" (Almaniya) matçı yarışın tarixinə düşüb.

Bolgexeber.com apasport.az-a istinadən xəbər verir ki, görüş məhsuldar startı ilə diqqət çəkib.

İlk 9 dəqiqədə komandalar 3 qol vurub ki, bu da Avropa Liqası üçün görünməmiş göstəricidi. Brumanın 2-ci dəqiqədəki qolu ilə önə keçən qonaqlar 6-cı dəqiqədə İlsankerin avtoqoluna, 3 dəqiqə sonra Sarrın fərqlənməsinə üzülüb.

Qeyd edək ki, Fransa klubu 5:2 hesabı ilə qalib gəlib və mərhələ adlayıb.