loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Rusiya səfiri: "ABŞ, Britaniya və Fransanın Suriyaya endirdiyi zərbələr nəticəsiz qalmayacaq"

Rusiya səfiri: "ABŞ, Britaniya və Fransanın Suriyaya endirdiyi zərbələr nəticəsiz qalmayacaq"ABŞ, Böyük Britaniya və Fransanın Suriya ərazisinə zərbələri nəticəsiz qalmayacaq

"Report" xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun bəyanatında deyilir.
"Qorxduğumuz reallaşdı. Xəbərdarlıqlarımız diqqətə alınmadı. Əvvəlcədən hazırlanan ssenari həyata keçirilir. Və yenə bizi təhdid edirlər. Daha əvvəldən belə hərəkətlərin nəticəsiz qalmayacağına dair xəbərdarlıq etmişdik", - bəyanatda deyilir.
A.Antonovun sözlərinə görə, bunun bütün məsuliyyətləri Vaşinqton, London və Parisin üzərinə düşür.
"Rusiya prezidentinin təhqir edilməsi qəbuledilməz və yolverilməzdir. ABŞ dünyanın ən böyük kimyəvi silah arsenalının sahibidir və onların başqalarını günahlandırmağa, sadəcə, mənəvi haqqı yoxdur", - deyə diplomat vurğulayıb.
Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Suriyaya zərbələr endirilməsini əmr edib. Birləşmiş Ştatlara sonradan Böyük Britaniya və Fransa da qoşulub.
Bölmə: Siyasət | 14 aprel 2018 10:37 | Baxış sayı: 258





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: