BolgeXeber.Com » Xəbərlər » Yanacaqdoldurma məntəqələri nəzarətsiz qalıb: - "Benzin fırıldaqçıları" meydanı boş görüb

Yanacaqdoldurma məntəqələri nəzarətsiz qalıb: - "Benzin fırıldaqçıları" meydanı boş görüb

14-04-2018, 12:50
Oxunub: 2 211 Yanacaqdoldurma məntəqələri nəzarətsiz qalıb: - "Benzin fırıldaqçıları" meydanı boş görübYanacaqdoldurma məntəqələri ilə bağlı şikayətlərə vaxtaşırı rast gəlinir. Kimsə benzinin keyfiyyətindən narazılıq edir, başqası kəmiyyətindən

Son vaxtlar isə yeni tendensiya ortaya çıxıb. Bu məntəqələr hətta, çənin tutumundan da artıq yanacağı guya çənə vururlar. Etiraz edənə isə bildirilir ki, çən bu qədər benzin tuturmuş, sahibinin xəbəri yoxdur.

Hətta, yanacaq dolduma zamanı indikasiya aparatındakı rəqəmin 0-dan deyil, məsələn 3-5-dən başlaması kimi faktlara rast gəlinir. Bu cür narazılıqlar xüsusilə “Lukoil”in yanacaqdoldurma məntəqələri ilə bağlı daha çox səslənir.

Uzun illərdir bu narazılıqlar səslənsə də, qarşısı alınmır. Bu sahəyə nəzarət edilmirmi?

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Cebhe.info-ya açıqlamasında bildirib ki, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqda qanun qüvvəyə mindikdən sonra, bu sahəyə planlı nəzarət həyata keçirilmir:

“Buna baxmayaraq, təbii ki, yanacaqdoldurma məntəqələrin sahibkarları sertifikatlaşdırma orqanlarına müraciət edir və öz məhsullarını təqdim edirlər. Önların məhsulları akkeriditasiya olunmuş sertifikatlaşdırma orqanlarından keçdikdən sonra fəaliyyətə başlayırlar”.

Fazil Talıblı bildirdi ki, bundan başqa hər hansı istehlakçının şikayyəti daxil olan zaman komitə ona baxır:

“Hər hansı bir şikayət varsa, bizim “qaynar xətt”-ə müraciət etsinlər, biz də onlarla birlikdə bunu araşdıraq”.

O, komitənin nəznində Sumqayıt şəhərində neft və kimya məhsullarının sinağı labaratoriyasının fəaliyyət göstərdiyini xatırladaraq, orada yanacağın keyfiyyətinin araşdırıldığını dedi.

Komitə yetkilisinin sözlərinə görə, hər bir yanacaqdoldurma məntəqəsindəki aparatlar da müvafiq labaratoriyalarda dövrü yoxlamadan keçməlidir. Bu aparatların dəqiqliyi təsdiq olunandan sonra istismara buraxılmalıdır:

“Sahibkarlar bilməlidirlər ki, bu da qanunvericiliyin tələbidir”.