BolgeXeber.Com » Xəbərlər » Hadı Rəcəbli prezidentin qələbəsini belə qeyd etdi - VİDEO

Hadı Rəcəbli prezidentin qələbəsini belə qeyd etdi - VİDEO

14-04-2018, 14:14
Oxunub: 2 121 Hadı Rəcəbli prezidentin qələbəsini belə qeyd etdi - VİDEOAzərbaycanda aprelin 11-də keçirilən prezident seçkilərində prezident İlham Əliyevin yenidən xalqın böyük etimadını qazanaraq dövlət başçısı seçilməsi ölkəmizin hər yerində bayram əhval-ruhiyyəsi yaradıb

Bolgexeber.com Virtualaz.org-a istinadən xəbər verir ki, belə şənliklərdən biri də Xətai rayonu dairə seçki komissiyasının qarşısında olub. Seçkinin nəticələrinin elan edilməsindən sonra ora toplaşanlar şən musiqi sədaları altında rəqs ediblər. Bunların arasında deputat Hadı Rəcəbli də olub. O, İlham Əliyevin qələbəsindən duyduğu sevinci rəqs etməklə ifadə edib. Deputat aşıq Əhlimanın oxuduğu "Sənin kimi gözəl sona, hansı dəryada, göldə var...” mahnısının sədaları altında rəqs edib. Hadı Rəcəblinin digər deputatların əhatəsində bayram rəqsinin videogörüntüləri sosial şəbəkələrdə sürətlə populyarlıq qazanıb.

Həmin kadrları təqdim edirik.