BolgeXeber.Com » İdman » "Mançester Siti", "PSJ" və "PSV" vaxtından əvvəl ölkə çempionluğunu qazandı

"Mançester Siti", "PSJ" və "PSV" vaxtından əvvəl ölkə çempionluğunu qazandı

16-04-2018, 09:57
Oxunub: 3 442 "Mançester Siti", "PSJ" və "PSV" vaxtından əvvəl ölkə çempionluğunu qazandıİngiltərə Premyer Liqası çərçivəsində "Mançester Yunayted" "Vest Bromviç"i qəbul edib.

Trend-in məlumatına görə, "qırmızı şeytanlar" öz doğma meydanında rəqibinə 0:1 hesabı ilə məğlub olub. 33 turdan sonra 71 xalla Premyer Liqanın ikinci pilləsində qərarlaşan "Mançester Yunayted" 87 xal ilə ilk pillədə qərarlaşan "Mançester Siti"yə çatmaq şansını itirib.

Beləliklə, Premyer Liqanın yekunlaşmasına 5 tur qalmış "Mançester Siti" ən yaxın izləyicisi "Mançester Yunayted"i 16 xal qabaqlayaraq çempion olub.

Eyni zamanda, Fransa Liqasında "PSJ" "Monako"nu qəbul edib. Paris təmsilçiləri rəqibini 7:1 hesabı ilə darmadağın edərək xal ehtiyyatını 87-yə çatdırıb. Beləliklə çempionatın sonuna 5 tur qalmış "PSJ" ən yaxın izləyicisi "Monako"nu (70 xal) 17 xal qabaqlayaraq çempion olub.

Bundan əlavə Hollandiya yüksək liqası çərçivəsində "PSV" "Ayaks"ı qəbul edib. "PSV" rəqibi üzərində 3:0 hesabı ilə qələbə qazanaraq xal ehtiyyatını 80-ə çatdırıb. Çempionatın sonuna 3 tur qalmış ən yaxın izləyicisi olan "Ayaks"ı (70 xal) 10 xal qabaqlayaraq "PSV" çempion olub.

Qeyd edək ki, aprelin 7-si Almaniya Bundesliqasının nəhəngi "Bavariya" 29 turdan sonra çempionatın sonuna 5 tur qalmış 72 xalla ən yaxın izləyicisi olan "Şalke"ni 20 xal qabaqlayaraq çempion olub.