loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Vel - Siyavar kəndlərini tar-mar edən Rəyasət İmanov Elnur Hüseynov TENDEMİ

Vel - Siyavar kəndlərini tar-mar edən Rəyasət İmanov Elnur Hüseynov TENDEMİRusdili olduğu üçün təzyiqlərə məruz qalan NİNA xanım

Taleh Qaraşov Lənkəran Vel kənd sakini Nina xanımı dinləmək istəməməsi ilə yanaşı köməkcisi Elnur Hüseynovun himayə etdiyi Rəyasət İmanov tərəfindən təzyiqlərə məruz qalmasın qarşısını almağa belə cəhd etməməkdədir.

Bu gün redaksiyamıza daxil olan Lənkəran rayon Vel kəndinin sakini Nina xanımın verdiyi məlumatda şok hadisələrin cərəyan etməsini göstərir. Beləki, bir müddət əvvəl Lənkəran rayon Vel kəndində baş vermiş yanğınla bağlı media orqanlarında məlumat yayıldı. Təsüflər olsun ki, tele kanalar həmişəki kimi hadisəni obyektiv yox maraqları dairəsində işıqlandırmağa üstünlük verərək hadisınin məhs qısa qapanma nticəsində baş verdiyini qeyd etdilər. Bakunews.az-a daxil olan məlumatlar da isə tamamilə əksi qeyd edilməkdə idi. Qeyd edək ki hadisə ilə bağlı Vel kənd sakini rus dili olan bir xanım iddia ilə çıxış etmişdi. O, qeyd edirdiki məhz baxçanın yanmasının əsas səbəbkarı Rəyasət İmanovdur. Onun bir müddətdir müştərilərinə torpaq söz verməsi və əvvəlcədən onlardan pul alması nəticəsində ərazidə yeganə müştərinin istədiyi yer baxçanın ərazisi olduğundan buranın yanması və tamamilə yararsız hala düşməsi gərəkli olub. Bunun üçün Bələdiyyə sədri R.İmanov baxçanı yandırılmasında ittiham edilir. Məsələnin əsas tərəfi isə baxçanın 40 sot ərazisinin olduğu qeyd edilməsinə baxmayaraq əslində isə rəsmi sənədlərdə 2 hektar əraziyə sahib olduğu qeyd edilir. Bu gün məlum olur ki, Bələdiyyə sədri R.İmanov 2 ha, tamamilə satmış və bu azmış kimi vətəndaşlara məxsus olan əkin sahələrini belə kənardan gələn müştərilərə yüksək məbləğ qarşılığında “pay” etmişdir. Məsələ ilə bağlı Nina xanımla əlaqə saxladıq bütün baş verənlərlə bağlı verdiyimiz suallardan isə şok edici ifadələr səsləndirildi. Nina xanım qeyd etdi ki, “Dəfələrlə Rəyasət İmanovla bağlı Mehriban xanım Əliyevaya yazmış bundan savayı rayon icra başçısı Taleh qaraşovun qəbulunda olmuşdur. T.Qaraşovun qəbulunda olarkən başçı ona rus dilində deyil Azərbaycan dilində danışmasını tələb etmiş, O, isə Azərbaycan dilini bilmədiyini qeyd etdikdən sonra icra başçısı əgər Azərbaycan dilini bilmirsənsə bizim sizinlə söhbətimizin alınması qeyri mümkün olduğun qeyd edib. Bundan sonra T.Qaraşov siz Azərbaycan dilini bilmirsiz məndə Rus dilini bizim söhbətimiz heç cürə alınmayacaq deyərək vətəndaşı qəbuldan getməsini istəyib”. Mehriban xanım Əliyevaya göndərdiyi məktublardan isə heç bir cavab ala bilmədiyini vurğulayıb. Nina xanım bildirdi ki, etdiyi şikayətlərdən sonra Rəyasət İmanovun sevgilisi olan Arzu adlı qonşuluqda yaşayan qadın tərəfindən hücuma məruz qalaraq xəsarətlər alıb. Nina xanım deyir ki, polisə şikayət etmiş amma polis ona verdiyi cavab onu dahada şoka salıb. Nina xanım sən bilirsən ki, Arzu Rəyasətin sevgilisidir mən ona heçnə edə bilməyəcəm. Niyə sualından sonra ona bildirilib ki, Rəyasətin himayəçisi İcra başçısının köməkcisi Elnur Hüseynovdur. Əgər ona qarşı hər hansı addım atarsa onun işində baş ağrıları yarana biləcəyin deyib. Daha sonra Nina xanım Məhkəməyə müraciət edib. Məhkəmə isə biraz bədəninizdə göylər var onlarda tədricən yoxa çıxacaq deyərək işə xitam verib. Hal hazırda Nina xanım bir müddət gözləyərək mehriban xanımdan gələcək cavabdan sonra Rusiya prezidenti Vladimir Putinə müraciət edəcəyini qeyd edir. Digər məlumatlar da xanım qeyd edib ki, Rəyasət İmanovun cinayət əməlləri bununla bitmir. O, dəfələrlə Nina xanıma məxsus olan 6 sot ərazidə yerləşən meyvə bağların yandıraraq həmin ərazini kimlərəsə satmaq niyyəti güdmüş və niyyətini hətta icrada etmişdir. Bütün bu əməllərini törətməsi üçün ona himayədarlıq edən isə Lənkəran rayon icra başçısının köməkçisi Elnur Hüseynovdur. Bütün bu törədilən əməllərin qarşısı alınması üçün müraciət edən Nina xanıma sərt cavab olaraq bütün ruslar Azərbaycandandan gedəndə sən niyə çıxıb gedməmisən deyə sual edilib. O isə cavabında mən burda doğulmuşam burda təhsil almışam burdada öləcəm deyə bildirib. Nina xanım həmçinin bildirib ki, R.İmanov ona məxsus üzüüm bağının yandırılmasını təşkil edib. Bununla bağlı FHN nümayəndələrinə müraciət edib. Onlar isə məsələ ilə Ekologiya nazirliyinə müraciət etməsini bildiriblər. Ekologiya nazirliyinin yerli idarısindən isə bildirilib ki, R.İmanovla bağlı ölçü götürüləcək amma bu günə qədər heç bir ölçü götürülməyib.

Qeyd edək ki, Rəyasət İmanovun özbaşınalığı azmış kimi hələm onun Arzu adlı sevgilisinində təzyiqlərinə məruz qaldığını bildirən Nina xanım həyatının təhlükədə olduğun bildirir. Keçən yazımıxdada qeyd etdiyimiz kimi Rəsayət İmanovun qanunsuz əməlləri sərhəd tanımamaqdadır. Dövlət əmlakını sataraq vəsaitini mənimsəmədə vətəndaşlar tərəfindən ittiham edilməkdədir. Amma bütün bunlara baxmayaraq aidiyyatı qurumlar məsələyə müdaxilə etməməkdədir. Hətta bir neçə orqanın məsələyə müdaxilə cəhdinin E.Hüseynov tərəfindən qarşısının alındığı qeyd edilir. Siyavar kənd Mədəniyyət Evinə məxsus binanın sökülərək ərazisinin satışın təşkil edən R.İmanov arxalandığı Elnur Hüseynovun köməkliyi nəticəsində qanunsuz əməllərindən üzüağ çıxmağı bacarmaqdadır. Bütün bu xidmətlərin qarşılığı olaraq Elnur Hüseynova 40 sot torpaq Rəyasət İmanov tərəfindən ənam olaraq bağışlanıb.

Siyavar kəndində İki ŞƏHİD verən İbrahimovlar ailəsi acınacaqlı durumdadır bununla yanaşı qardaşının çıxışındanda gördüyünüz kimi Rəyasət İmanov kənd üçün etdiyi heç bir iş yoxdur. Mədəniyyət klubunun 70-80 minə satması ilə bağlı çıxışınıda sizlərə təqdim edirik:


R.İmanov fəaliyyəti dövründə Kənd Təsərüfatı nazirliyinə məxsus olan Toxumçuluq anbarlarını sataraq ərazidə bu tipli tikintilərin olmadığını sübuta yetirmək üçün xəritədə dəyişiklikdə etməyi unutmayıb. Qeyd edək ki, R.İmanov o qədər profesianal xəritə çəkməyi vərdiş edib ki, ildə ən azı iki dəfə ərazi xəritəsini dəyişdirir. Bütün qanunsuz əməlləri törədən bələdiyyə sədrinə isə göz yumaq məcburiyyətində qalan ərazi icra nümayəndəsi Elnur Hüseynovun qorxusundan Rəyasət İmanova müdaxilə edə bilmədiyidə qeyd edilən məlumatlarda yer almaqdadır. Rayon əhli dəniz kənarı ərazilərdə torpaq almaq istədikdə mütləq şəkildə “Makler” Rəyasətə müraciət etmələri üçün yönləndirilməkdədirlər. Bələdiyyə sədri R.İmanov rayonun Vel-Siyavar kəndlərini viran qoyub. İmkanlı şəxslərə torpaqları satışa çıxaran R.İmanov arxalandığı icra nümayəndəsi Elnur Hüseynovun sayəsində şah kimi yaşamaqdadır.


P.S. Həmçinin qeyd etmək gərəklidir ki, Rəyasət İmanov vaxtı ilə qarajlarda çilingər olaraq fəaliyyət göstərib. Çilingərin necə bələdiyyə sədri olması isə müəmma olduğu kimi sakinlər həmçinin R.İmanovun diplomunun saxta olmasınıda iddia etməkdədirlər ki, buna icra orqanları hansı məqsədlə göz yuması artıq məsələnin digər tərəfidir ki, bunuda gələn yazılarımızda araşdırmadan sonra qeyd edəcəyik. Görün vəziyyət nə yerə çatıb ki, icra nümayəndəsinin yolunu imkanlı şəxslərə satıb və icra nümayəndəsi buna səsini çıxara bilmir hər gün evinə çəkmə geyinərək gölməçələrdən keçərək getmək məcburiyyətində qalır.

Araşdırmamız davam edir.
Ardı var

Cianews.info
Bölmə: Bölgə | 17 aprel 2018 09:33 | Baxış sayı: 716





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: