Nazirlik: "Bon Appetit" şirniyyat mağazaları vergidən yayınıb
16-04-2018, 17:51
Oxunub: 3 950
Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri ərazisində keçirilmiş vergi nəzarəti tədbirləri zamanı "Bon Appetit" şirniyyat mağazaları şəbəkəsində qanun pozuntularının olduğu aşkar edilib.
Nazirliyin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edilib ki, vergi ödəyicisi tərəfindən ikili mühasibatlıq aparılmaqla dövlət büdcəsinə ödənilməli vergilər yayındırılıb. Həmçinin, vergi ödəyicisinin Badamdar qəsəbəsində yerləşən sexinə baxış zamanı əmək müqaviləsi olmayan 55 nəfər vətəndaşın işə cəlb edildiyi müəyyən olunub.
Aşkar edilmiş hallarla bağı müvafiq aktlar tərtib edilib, vergi ödəyicisinə məxsus “qara mühasibatlıq” sənədləri götürülüb. İşçilərdən alınmış izahatlardan aydın olub ki, onların heç biri ilə əmək müqaviləsi (kontraktı) bağlanılmayıb. Faktla bağlı müvafiq araşdırma aparılır.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə