Azərbaycan idman ölkələri siyahısında irəliləyib
18-04-2018, 10:58
Oxunub: 3 624
"Sport Market Intelligence” dünyanın ən yaxşı idman ölkələrinin və şəhərlərinin siyahısını açıqlayıb
Apasport.az saytının məlumatına görə, ev sahibliyi etdiyi yarışların nüfuzu, səviyyəsi və təşkilatçılığına görə müəyyənləşən siyahıda Azərbaycan da yer alıb.
Belə ki, müxtəlif növlər üzrə möhtəşəm çempionatların, həmçinin IV İslam Həmrəyliyi Oyunları və "Formula-1” kimi yarışların keçirildiyi Azərbaycan siyahıya daxil olan 88 ölkə arasında 31-ci yerdədi. 2 pillə irəliləyən ölkəmizin əmsalı 5,578 xalla dəyərləndirilib. Müqayisə üçün bildirək ki, Ermənistanın düşmədiyi siyahıda Azərbaycan MDB ölkələri arasında ötən il olduğu kimi yenə 3-cü pillədədi.
Bizi yalnız ümumi siyahıda dördüncü olan Rusiya (34,196) və 27-ci pillədə qərar tutan Belarus (6,351) qabaqlayır. Azərbaycan Argentina, Yunanıstan, Ukrayna, Portuqaliya, Serbiya, Rumıniya, Xorvatiya kimi idman ölkələrini arxada qoyur.
İlk "üçlük”də də dəyişiklik olub. ABŞ (39,681) və Böyük Britaniya (36,568) ilk 2 pillədəki yerini qoruduğu halda, Çin (36,035) 3-cü yerə yüksəlib. Onlar 4-cü pilləyə enən Rusiyanı (34,196) qabaqlayıblar. Siyahıda 3 pillə geriləyən Türkiyə (6,159) 28-ci yerə düşüb.
Şəhərlərin siyahısına isə bu dəfə Tokio başçılıq edir. 2 pillə irəliləyən Yaponiya paytaxtının aktivində 18,494 xalı var. Son illər lider olan London ikinci pilləyə enib. Onlar 16,494 xala malikdi. "Üçlüy”ü Rio-de-Janeyro (15,713) qapayır. Azərbaycan paytaxtı Bakı 5,482 xalla dünyanın 15-ci şəhəridi. Paytaxtımız ötən illə müqayisədə 3 pillə geriləsə də, Vankuver, Sankt-Peterburq, İstanbul, Barselona, Los Anceles, Milan, Amsterdam, Ştutqart, Hamburq, Berlin, Sidney, Seul və bir sıra aparıcı şəhərlərdən öndədi.
Bakı MDB məkanında Moskva, Kazan, Minsk və Soçidən sonra 5-cidi. İstanbul isə ümumi siyahıda 99-cudu.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə