BolgeXeber.Com » Siyasət » İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

18-04-2018, 12:03
Oxunub: 2 725 İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də ailə üzvləri ilə birlikdə xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət edib

Dövlətimizin başçısı Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad etdi, "Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Prezident İlham Əliyev və ailə üzvləri paytaxt Bakının mənzərəsini seyr etdilər.