BolgeXeber.Com » Siyasət » ABŞ səfirliyi Ermənistandakı vətəndaşlarına xəbərdarlıq edib

ABŞ səfirliyi Ermənistandakı vətəndaşlarına xəbərdarlıq edib

19-04-2018, 11:03
Oxunub: 2 742 ABŞ səfirliyi Ermənistandakı vətəndaşlarına xəbərdarlıq edibABŞ səfirliyi öz vətəndaşlarını Ermənistanda kütləvi etiraz aksiyalarının keçirildiyi yerlərə getməkdən çəkinməyə çağırıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, ABŞ-ın Yerevandakı səfirliyi bu barədə rəsmi xəbərdarlıq yayıb.

“ABŞ səfirliyi Ermənistanda davam edən etiraz aksiyalarından xəbərdardır. Nümayişlərin gözlənilməz nəticələri zorakılıq halları yarada bilər. Sizin təhlükəsizliyiniz üçün etiraz aksiyaları keçirilən yerlədən kənar durmağı və hadisələrlə bağlı məlumatı KİV-dən izləməyi məsləhət görürük”, - xəbərdarlıqda bildirilib.

Xatırladaq ki, aprelin 13-dən Yerevanda Serj Sarqsyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyaları keçirilir.

Ölkə parlamenti aprelin 17-də S.Sarqsyanı baş nazir seçib.