BolgeXeber.Com » İdman » Modriç yaratdı, Ronaldu vurdu, Real xilas oldu - VİDEO

Modriç yaratdı, Ronaldu vurdu, Real xilas oldu - VİDEO

19-04-2018, 11:15
Oxunub: 4 672 Modriç yaratdı, Ronaldu vurdu, Real xilas oldu - VİDEOİspaniya La Liqasının 33-cü turundada "Real Madrid" və "Atletik Bilbao" sülhlə razılaşmağa məcbur olub.

Milli.Az xəbər verir ki, "Santigo Bernabeu" stadionunda baş tutan matç 1:1 hesabı ilə bitib.

Oyuna sürətli başlayan qonaq komanda 14-cü dəqiqədə hesabı açıb. Keylor Navasla təkə-tək mübarizədən Uiliyams qalib ayrılıb.

"Atletik" bu hesabı 87-ci dəqiqəyə qədər qoruya bilib. Luka Modriçin zərbəsindən sonra ayağı ilə topa, sadəcə, toxunan Kriştianu Ronaldu qola öz adına yazdırıb.

Qeyd edək ki, hazırda La Liqada "Real Madrid" 68 xalla 3-cü, "Atletik Bilbao" isə 40 xalla 13-cu dür.