loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Qardaşından hamilə qalan məktəbli qızla bağlı MÜƏMMA - "Nümunəvi ailə olub"

Qardaşından hamilə qalan məktəbli qızla bağlı MÜƏMMA - "Nümunəvi ailə olub"Hacıqabul rayonu Meyniman kənd məktəbinin 7-ci sinif şagirdinin ögey qardaşından 4 aylıq hamilə olması xəbəri yayılıb.

Baş verən dəhşətli hadisə ilə bağlı sözügedən təhsil ocağının direktoru Elman Abdullayev Yenicag.az-a açıqlama verib:

“Əvvələn, qız 7-ci yox, 9-cu sinif şagirdidir. Qızın atası çoxdan rəhmətə gedib, anası ikinci dəfə ailə həyatı qurub. Ögey atasının iki ovladı var: qızı ərə gedib, oğlu da əsgərlikdən qayıdıb. Nümunəvi ailə olub. Adı hallanan bu qız çox abırlı-həyalı şagird olub, hələ onun barəsində mənfi fikir eşitməmişik. Çox da yaxşı oxumur, amma arzusu kollecə daxil olmaqdır. Biz onun qarnının böyüməsini hiss etməmişik. Dünən müəlliməmiz də yanına getmişdi, qız and-aman edir ki, belə şey yoxdur. Oğlan da ağıllı oğlandır, özünə ev tikdirir, zəhmətlə yaşayan uşaqdır. O da and içir ki, mənlik deyil. İşi hüquq mühafizə orqanları araşdırır. Biz qabaqcadan heç nə deyə bilmərik. Kənd yeridir, adət-ənənə, mentalitetimiz var, həssas məsələdir, burda qızın gələcək taleyini də düşünmək lazımdır. Ehtimal var ki, qızı şərləyirlər. Ailə, də, məktəbimizin kollektivi də bu xəbərə inanmır”.

Hacıqabul rayon Polis Şöbəsindən bildirildi ki, bacısı ilə intim əlaqədə olan qardaş artıq həbs edilib. Cinayət işinin istintaqını prolurorluq aparır.
Bölmə: Bölgə | 19 aprel 2018 12:13 | Baxış sayı: 574





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: