BolgeXeber.Com » Dünya » Səudiyyə Ərəbistanında ilk kinoteatr açıldı

Səudiyyə Ərəbistanında ilk kinoteatr açıldı

19-04-2018, 14:56
Oxunub: 3 126 Səudiyyə Ərəbistanında ilk kinoteatr açıldıSəudiyyə Ərəbistanında son 35 il ərzində ölkədə ilk dəfə kinoteatr açılıb.

Bolgexeber.com “TASS”-a istinadən xəbər verir ki, açılış mərasimi “Əl-Ərəbiyə” telekanalı ilə canlı yayımlanıb.

Krallıq üçün tarixi premyeraya 600-dən çox insan, o cümlədən kral ailəsinin üzvləri, biznesmenlər, tanınmış jurnalistlər, yazıçılar və incəsənət xadimləri dəvət alıb.

Mərasimdə cinsi ayrı-seçkiliyə yol verilməyib, zala kişilərlə yanaşı qadınlar da buraxılıb.

Ər-Riyadın kral Abdullah adına salınmış yeni maliyyə rayonunda yerləşən kino mərkəzində ilk olaraq Hollivud istehsalı olan “Qara Pantera” filmi nümayiş olunub