BolgeXeber.Com » Siyasət » İlham Əliyev Corc Buşa başsağlığı verdi

İlham Əliyev Corc Buşa başsağlığı verdi

19-04-2018, 15:32
Oxunub: 2 852 İlham Əliyev Corc Buşa başsağlığı verdiPrezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti Corc Herbert Uoker Buşa həyat yoldaşı Barbara Buşun vəfatı ilə əlaqədar başsağlığı verib

Bolgexeber.com -un xəbərinə görə, başsağlığı məktubunda deyilir:
"Zati-aliləri,
Həyat yoldaşınız xanım Barbara Buşun vəfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm".