BolgeXeber.Com » Siyasət » Rusiya və NATO rəsmiləri Bakıda görüşdü

Rusiya və NATO rəsmiləri Bakıda görüşdü

19-04-2018, 17:06
Oxunub: 3 276 Rusiya və NATO rəsmiləri Bakıda görüşdüRusiya Müdafiə Nazirliyi ölkə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kertis Skaparottinin Bakıda keçirilən görüşü barədə məlumat yayıb.

Moderator.az-ın məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Gerasimov və Skaparotti NATO və Rusiyanın Avropa regionunda hərbi fəaliyyətini, etimad tədbirlərinin artırılmasını və insidentlərin qarşısının alınmasını müzakirə ediblər.

Suriyadakı vəziyyət barədə fikir mübadiləsi aparılıb, beynəlxalq terrorçuluğa qarşı mübarizədə əməkdaşlığın vacibliyi qeyd olunub.