Futbol üzrə İspaniya çempionatının 33-cü turuna yekun vurulub
20-04-2018, 10:46
Oxunub: 2 926
Futbol üzrə İspaniya çempionatının 33-cü turuna yekun vurulub.
Bu turda turnir cədvəlinin ilk dörd pilləsində qərarlaşan komandaların hamısı xal itirib.
Lider "Barselona” səfərdə "Selta” klubu ilə heç-heçə oynayıb - 2:2. "Barselona”nın qollarına Dembele və Alkaser, "Selta”nın qollarına isə Conni və Aspas imza atıblar.
Turnir cədvəlinin ikinci pilləsində yer alan "Atletiko Madrid” səfərdə "Real Sosyedad” kollektivinə böyük hesabla (0:3) məğlub olub.
"Real Madrid” klubu isə doğma meydanda "Atletik Bilbao”nun öhdəsindən gələ bilməyib. Matç 1:1 hesabı ilə başa çatıb. "Kral klubu”nun heyətində Kriştiano Ronaldo, qonaqlardan isə İnaki Villiams fərqləniblər.
Beləliklə, 33 turdan sonra "Barselona” klubu 83 xalla turnir cədvəlinə başçılıq edir, "Atletiko” 71 xalla ikinci, "Real Madrid” isə 68 xalla üçüncü pillələrdə qərarlaşıblar.
Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Deportivo” – "Sevilya” - 0:0
"Vilyareal” – "Leqanes” - 2:1
"Espanyol” – "Eybar” - 0:1
"Valensiya” – "Xetafe” - 1:2
"Alaves” - "Jirona” - 1:2
"Levante” – "Malaqa” - 1:0
"Real Betis” – "Las Palmas” - 1:0.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər