BolgeXeber.Com » Gündəm » Əmlak Məsələləri Dövlət Komitəsi – yeni inkişaf modeli-VİDEO

Əmlak Məsələləri Dövlət Komitəsi – yeni inkişaf modeli-VİDEO

20-04-2018, 14:15
Oxunub: 3 533 Əmlak Məsələləri Dövlət Komitəsi – yeni inkişaf modeli-VİDEOMüstəqil dövlət kimi Azərbaycanın bütün sahələr üzrə konseptual inkişaf əldə etməsi daim prioritet amil olub

Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələr üzrə böyük nəticələr əldə edilib, ölkə həyatının bütün istiqamətləri üzrə hüquqi, monolit baza yaradılıb. Elə 2009-cu ildə Əmlak Məsələləri Dövlət Komitəsinin yaradılması ilə dövlət əmlakının idarə olunması da mühüm amil kimi ölkə həyatında böyük rol oynadı. Komitənin fəaliyyət istiqamətləri dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb olunması, daşınmaz əmlakın dövlət reyestrinin aparılması, torpaq bazarının təşkili sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etməkdən ibarətdir. Son illərdə prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət, uğurlu iqtisadi islahatlar davam etməklə öz müsbət nəticələrini verib. Həyata keçirilən islahatlar çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən də fəaliyyət istiqamətləri üzrə ötən il mühüm işlər görülüb. Strateji Yol Xəritələrinin 2017-ci ilin birinci yarısının monitorinq və qiymətləndirmə nəticələrində bütün istiqamətlər üzrə qiymətləndirilməsi aparılan 47 dövlət qurumu arasında Komitə 8-ci yeri tutmaqla, ümumi hədəflərin 53%-in icrasını təmin edib. Eyni zamanda “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə 4 əsas strateji hədəfdən biri “Özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi” strateji hədəfidir ki, Monitorinq qrupu Komitənin bu istiqamətdə fəaliyyətinin icra səviyyəsini 70% və icraçı təşkilatlar arasında isə 5-ci yerdə göstərmişdir.
Komitə ötən il 5 yeni elektron xidmət istifadəyə verməklə, göstərdiyi elektron xidmətlərin sayını 37-yə çatdırıb. 2017-ci il ərzində elektron və onlayn xidmətlər vasitəsilə 180 mindən çox müraciət daxil olub və cavablandırılıb.
Əmlak Məsələləri Dövlət Komitəsində kifayət qədər peşəkar kadrlar fəaliyyət göstərir. Kərəm Həsənovun sədrliyi ilə qarşıdakı illərdə daha funksional və operativ mexanizmlərin tətbiqi dövlət komitəsinin qarşısında duran əsas vəzifələrdən biridir. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov quruma edilən müraciətlərə həssas şəkildə yanaşılmasını tam təmin edib. Ötən dövr ərzində komitəyə edilən 12 min müraciətdən 8 mini vətəndaşlar tərəfindəndir. Bu müraciətlərin icrası Kərəm Həsənovun rəhbərliyi altında tam təmin edilərək bütün zəruri addımlar həyata keçirilib. Komitədə şəffaf, operativ tam təmin edilib. Təsadüfi deyil ki, təkcə ötən il ərzində Komitənin bütün strukturları üzrə 184 nəfər işdən azad olunub, 77 töhmət, 197 nəfərə xəbərdarlıq verilib. Bu dövrdə yeni işə qəbul edilənlərin sayı isə 200 nəfərdir.
Bolgexeber.com