BolgeXeber.Com » Müsahibə-Reportaj » “Falçılarımız da, nağıllarımız da, toylarımız da bizi tənbəlliyə aparır”

“Falçılarımız da, nağıllarımız da, toylarımız da bizi tənbəlliyə aparır”

20-04-2018, 15:56
Oxunub: 5 231 “Falçılarımız da, nağıllarımız da, toylarımız da bizi tənbəlliyə aparır”Son günlər falçıların insanların başına açdığı oyunlar, onlara yaşatdığı bədbəxtliklər yenidən bu problemin aktuallaşmasına səbəb olub.

Moderator.az-a açıqlama verən tibb elmləri namizədi Rəşid Mahmudov insanları özlərini falçı, ekstrasens kimi təqdim edənlərdən uzaq durmağa səsləyib:

“Bu, biarbıçılıqdır. Nə falçı, nə filankəs? Bunlar qəbuledilməz şeylərdir. Insanları tənbəlliyə aparır. Açıq deyirəm, bizim nağıllarımız da, şairlərimizin şeirləri də, falçılar da insanları tənbəlliyə doğru aparır ki, insanlar çalışmasın. Bizim toylarımızda da insanları tənbəlliyə səsləyən çağırışlar olur. Bu toylarda nələr deyilmir ki? Məsələn, deyirlər ki, Allah başından töksün. Yəni belə çıxır ki, sən heç tərpənməyəsən, begemota dönəsən. Bunların hamısı tənbəlliyə aparan şeylərdir. Belə şeylər yoxdur. Əgər buna inanırıqsa, deməli hələ o səviyyədəyik”.