BolgeXeber.Com » Şou-Biznes » Subay qızların nəzərinə!

Subay qızların nəzərinə!

18-01-2013, 14:15
Oxunub: 4 473 Dünyada ən qibtə edilən subay oğlanların adları açıqlanıb

Planetin ən qibtə edilən subay oğlanlarının adları açıqlanıb. Bolgexeber.com-un Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, siyahıda aktyorlar, idmançılar, musiqiçilər hətta şahzadə də var.
Siyahını Amerikanın "Town & Country" jurhalı hazırlayıb. Birinci yerdə 28 yaşlı Britaniya şahzadəsi Harridir. Jurnal onun helikopter idarə edə və zövqlə geyinə bilməsini qeyd edib. İkinci yerdə 32 yaşlı avstraliyalı qolfçu Adam Skottdur. İlk üçlüyü dizayner Ralf Loran Endryunun oğlu qapayır. 43 yaşlı subay kinosənayesində çalışır.
Dördüncü pillədə isə dünyanın ən yaxşı polo oyuncularındna olan 26 yaşlı Fakundo Peres qərarlaşıb. Onu ABŞ prezidenti Barak Obamanın katibi 31 yaşlı Con Favro izləyir.
Siyahıda olan digər yaraşıqlı və perespektivli subaylar isə bunlardır - 26 yaşlı yunan Danimarka şahzadəsi Fillip, Arnold Şvarsneggerin oğlu 19 yaşlı Patrik, Otto Bismarkın nəticəsi 26 yaşlı Nikolay fon Bismark, 75 yaşlı Cek Nikolson, Corc Kluni və başqalarıdır. Ümumilikdə isə siyahıda 40 subayın adı açıqlanıb.