BolgeXeber.Com » Media » Yeni baş nazirimiz hansı filmdə rol alıb? (VİDEO)

Yeni baş nazirimiz hansı filmdə rol alıb? (VİDEO)

21-04-2018, 14:24
Oxunub: 4 363 Yeni baş nazirimiz hansı filmdə rol alıb? (VİDEO)Bu gün baş nazir postuna təyin edilən Novruz Məmmədovfərqli və unikallığı ilə tanınır

O, Vaqif Mustafayevin "Fransız” filmində də aktyor kimi yer alıb.

Bolgexeber.com kult.az-a istinadən xəbər verir ki, 1995-ci ildə istehsal olunmuş filmdə Novruz Məmmədov məsləhətçi obrazını yaradıb.

Avropadan qayıdandan sonra öz milli adət-ənənələrimizə yuxarıdan aşağı baxan həmvətənlərimiz haqqında olan filmin baş qəhrəmanı Əlibala (aktyor Fərman Şəkili) azərbaycanlı olduğunu danır və fransızca danışmağa başlayır, özünü fransız hesab edir.

N.Məmmədov isə filmdə fransa sevgisi ilə yaşayan Əlibalaya Eyfel qülləsinin maketini hədiyyə edir. Bir neçə dəqiqəlik rolda N.Məmmədov filmin baş qəhrəmanı ilə görüşüb ona hədiyyəsini təqdim edərkən fransız dilində bir neçə kəlmə də deyir.

Məlumat üçün bildirək ki, N.Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunun Avropa dilləri fakültəsinin fransız dili şöbəsində çalışıb. 1993-1997-ci illərdə isə fransız dili fakültəsinin dekanı vəzifəsində işləyib. 1995-ci ildən 1997-ci ilə qədər isə Heydər Əliyevin fransız dili tərcüməçisi olub.