BolgeXeber.Com » İdman » “Real“dan Ronaldoya yeni təklif -ilinə 30 milyon avro

“Real“dan Ronaldoya yeni təklif -ilinə 30 milyon avro

21-04-2018, 16:01
Oxunub: 3 365 “Real“dan Ronaldoya yeni təklif -ilinə 30 milyon avroMadrid “Real”ı futbolçusu Kriştiano Ronaldo ilə yeni müqavilə imzalamağa hazırlaşır

Qol.az-ın “As” nəşrinə istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi portuqaliyalı hücumçu ilə müqavilənin şərtlərini yaxşılaşdırmaq niyyətindədir. Ronaldonun bu təklifdən xəbəri var və bunu müsbət qarşılayıb.

Yeni müqavilənin müddəti əvvəlki kimi – 2021-ci ilə qədər olacağı bildirilir. 33 yaşlı futbolçu ilinə 30 milyon avro qazanacaq. Sözləşmənin DÇ-2018-ə qədər imzalanacağı gözlənilir.