BolgeXeber.Com » Dünya » Etiraz dalğası Ermənistanın daha bir şəhərinə yol tapdı

Etiraz dalğası Ermənistanın daha bir şəhərinə yol tapdı

21-04-2018, 16:22
Oxunub: 2 754 Etiraz dalğası Ermənistanın daha bir şəhərinə yol tapdıErmənistanın Eçmiadzin şəhərində yüzlərlə müxalifət tərəfdarı küçələrə axışıb. Bu barədə Ermənistan KİV-də məlumat yayılıb.

Mərkəzi küçələri bağlayan etirazçılar hökumət əleyhinə müxtəlif şüarlar səsləndirir, sakinləri aksiyaya qoşulmağa çağırır.

“Eçmiadzin polisi vəziyyətə nəzarət edir. Nümayişçiləri ictimai asayışı pozmamağa, aksiyanı qanun çərçivəsində keçirməyə çağırırıq”, -deyə polis idarəsinin bəyanatında deyilir.

Paralel olaraq Gümrü və Vanadzor şəhərlərində də Sarkisyanın baş nazir təyin olunmasına qarşı aksiyalar keçirilir. Toqquşmaların və ya saxlanılanların olmadığı bildirilir.(Oxu.Az)