BolgeXeber.Com » Siyasət » Putin Əsədə S-300 raketlərini göndərəcək

Putin Əsədə S-300 raketlərini göndərəcək

23-04-2018, 12:42
Oxunub: 5 198 Putin Əsədə S-300 raketlərini göndərəcəkRusiya qısa zaman kəsiyində Suriya ordusunu S-300 "Favorit" zenit-raket kompleksi ilə təchiz edəcək

FaktXəbər bildirir ki, bu barədə "Kommersant" qəzeti yazıb.

Qəzetin yazdığına əsasən, ABŞ, İngiltərə və Fransanın Suriya ərazisinə endirdiyi raket zərbələri bu prosesi daha da sürətləndirib.

S-300 raketləri Suriya ərazisini ehtimal olunan hücumlardan qoruyacaq, paytaxt Dəməşq və hərbi aerodromların təhlükəsizliyini təmin etməyə imkan verəcək.

Bildirilir ki, zenit-raket kompleksi, o cümlədən radiolokasiya stansiyaları, nəqliyyat-dolduran maşının buraxılış qurğusu və idarəetmə məntəqələri hava və dəniz yolu ilə yaxın vaxtlarda Suriya ərazisinə gətiriləcək.