BolgeXeber.Com » İqtisadiyyat » Bakıda yüzlərlə insanı narazı salan problem – “Milli ön” aparatları işləmir

Bakıda yüzlərlə insanı narazı salan problem – “Milli ön” aparatları işləmir

23-04-2018, 13:57
Oxunub: 3 040 Bakıda yüzlərlə insanı narazı salan problem – “Milli ön” aparatları işləmirBakı şəhəri Moskva prospektində (“Şamaxinka” kimi tanınan ərazi, üzü mərkəzə doğru) yerləşən dayanacaqdakı “Milli ön” aparatlarının işləməməsi adi hal alıb

Sərnişin axınının çox olduğu ərazidəki aparatların sıradan çıxması ilə bağlı mətbuatda dəfələrlə yazılsa da, bu gün eyni problem növbəti dəfə yaşanıb. Belə ki, rayonlardan, Sumqayıtdan, Xırdalandan və digər böyük qəsəbələrdən şəhərə gələn yüzlərlə insan aparatların işləməməsi səbəbindən kartlarına gediş haqqı yükləyə bilməyib. Nəticədə ərazidə böyük insan kütləsi yaranıb, həmçinin nəqliyyatın hərəkətində çətinliklər ortaya çıxıb.

Şikayətçilər bildiriblər ki, dayanacaqdakı 3 aparatdan yalnız “BakıKart”a məxsus olanı işləyir: “Digər iki aparat isə nasazlıq səbəbindən işləmir. Bu problem artıq bir həftədən çoxdur davam edir və hər gün yaşanır”.

“Milli Ön” şirkətindən Lent.az-a bildirildi ki, məsələ ilə bağlı müraciət daxil olub və problem gün ərzində aradan qaldırılacaq.