BolgeXeber.Com » Siyasət » Sarkisyan istefa verdi

Sarkisyan istefa verdi

23-04-2018, 16:55
Oxunub: 2 463 Sarkisyan istefa verdiErmənistanın baş naziri Serj Sarkisyan istefa verib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “News.am” saytı məlumat yayıb.

“Nikol Paşinyan haqlı idi. Mən haqsız idim. Yaranmış vəziyyətin bir neçə həll üsulu var, ancaq mən bunlara getməyəcəyəm. Baş nazir postundan istifa verirəm”, - Sarkisyan deyib.

Qeyd edək ki, Ermənistanda Serj Sarkisyanın baş nazir olmasına etiraz əlaməti olaraq aksiyalar aprelin 13-dən başlayıb. Aprelin 17-dən isə müxalifət Məxməri İnqilabın başlandığını elan edib.