BolgeXeber.Com » Xəbərlər » Muxtar Babayev ekologiya naziri təyin olundu

Muxtar Babayev ekologiya naziri təyin olundu

23-04-2018, 18:33
Oxunub: 2 077 Muxtar Babayev ekologiya naziri təyin olunduEkologiya və Təbii Sərvətlər Naziri Hüseyunqulu Bağırov vəzifəsindən azad olunub

Xeberle.com xəbər verir ki, onun yerinə Muxtar Babayev təyin olunub.
Qeyd edək ki, Muxtar Babayev Sumqayıt 43 saylı üçüncü seçki dairəsindən Milli Məclisə deputat seçilib.
Muxtar Bahadur oğlu Babayev 1967-ci ildə Bakı şəhərində anadan olub.
1984-cü ildə Bakı şəhərində orta məktəbi bitirmişdir.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin, Azərbaycan Dövlət İqtisad İnstitutunun və Ümumrusiya Xarici Ticarət Akademiyasının məzunudur.
1986-1988-ci illərdə hərbi xidmətdə olub.Ailəlidir, 2 övladı var.Əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində başlayıb.
1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyinin idarəsində rəis müavini, rəis, 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xarici İqtisdai Əlaqələr İdarəsində şöbə müdiri, rəis müavini, 2003-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində rəis müavini, sonradan rəis, 2007-2010-cu illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekoloji məsələlər üzrə vitse-prezidenti vəzifələrində çalışıb.
2010-cu ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azərikimya" İstehsal Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışır.Yeni Azərbaycan Partiyasının üzvüdür.
7 noyabr 2010-cu ildə keçirilmiş parlament seçkilərində 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. 2010-cu ilin dekabr ayında isə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü seçilib.