BolgeXeber.Com » Xəbərlər » Gömrük Komitəsinə yeni sədr təyin olundu

Gömrük Komitəsinə yeni sədr təyin olundu

23-04-2018, 19:35
Oxunub: 2 502 Gömrük Komitəsinə yeni sədr təyin olunduDövlət Gömrük Komitəsinə yeni sədr təyin edilib.

Bolgexeber.com-un məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Səfər Məmməd oğlu Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.

Xatırladaq ki, bu təyinatadək S.Mehdiyev Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini olub.