BolgeXeber.Com » İdman » Çempionlar Liqasında qol şousu (VİDEO)

Çempionlar Liqasında qol şousu (VİDEO)

25-04-2018, 13:28
Oxunub: 3 402 Çempionlar Liqasında qol şousu (VİDEO)Çempionlar Liqasının yarımfinal mərhələsinə start verilib

Bolgexeber.com xəbər verir ki, ilk oyunda "Liverpul" "Roma"nı qəbul edib.

1/4 finalda "Barselona"nı sıradan çıxaran italyanlar İngiltərə klubu qarşısında aciz qalıb. Məhəmməd Salah və Roberto Firmino hərəyə 2 qol vurub və 2 məhsuldar ötürmə edib. "Liverpul"un digər qoluna Sadio Mane imza atıb. 5:0-dan sonra özünə gələn "Roma" Edin Dzeko və Dieqo Perottinin (penalti) fərqi azalda bilib - 5:2.