BolgeXeber.Com » Bölgə » Goranboyda ilanlar evlərə hücum edib (FOTO)

Goranboyda ilanlar evlərə hücum edib (FOTO)

25-04-2018, 13:40
Oxunub: 4 674 Goranboyda ilanlar evlərə hücum edib (FOTO)Goranboy rayonunda vətəndaşa məxsus evə sürünənlər daraşıb.

Bolgexeber.com "Report"a istinadən xəbər verir ki, rayonun Qaradağlı kənd sakini Murad Muxtarov ona məxsus fərdi evdə bu ay artıq 6 ilanı öldürdüklərini bildirib.

"Səhər saatlarında uzunluğu 1 metr 40 sm-dən uzun olan ilanı vanna otağına girən zaman öldürdük. Hələ yaz fəslidir, evdə və həyətdə 10-dan çox ilan görünüb, yayda buna daha çox rast gəlməyimizdən qorxuruq. Sürünənlərə qarşı xüsusi dərmanlama işləri aparsaq da, heç bir nəticəsi yoxdur, günü-gündən çoxalırlar", - o deyib.
Qeyd edək ki, kənd ərazisindəki əkin sahələrində də çoxlu sayda ilanlara rast gəlinir.
Goranboyda ilanlar evlərə hücum edib (FOTO)
Goranboyda ilanlar evlərə hücum edib (FOTO)