BolgeXeber.Com » Gündəm » Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü başlayıb

Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü başlayıb

25-04-2018, 14:40
Oxunub: 3 263 Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü başlayıbAnkara şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü başlayıb

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, dövlət başçıları ikitərəfli əlaqələrin hazırkı vəziyyətini və daha da genişləndirilməsini, bölgədə və beynəlxalq aləmdəki əsas mövzuları müzakirə edirlər.

Görüşün ardınca iki ölkə prezidentləri Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasına qatılacaqlar. Şuranın toplantısından sonra Azərbaycanla Türkiyə arasında sənədlər imzalanacaq. Sonra Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransı keçirəcəklər.

Səfər rəsmi nahar yeməyi ilə başa çatacaq.
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü başlayıb