loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Bəsdirin dilənçilik etdiniz! - Telekanllara ÇAĞIRIŞ

Bəsdirin dilənçilik etdiniz! - Telekanllara ÇAĞIRIŞDünən Facebook-da belə bir elana rast gəldim: “Saat 19.50-də “Space” televiziyasında 46 qızı zorlayan oğlan haqqında geniş məlumat ala bilərsiniz...". Maraq üçün Rusiya efirlərindən ayrılıb, bu iyrənc elanın ardında nələr baş verəcəyini izlədim.

Tam bir tərbiyəsizlik və əxlaqsızlıq... Nədən efirlərimizə belə əxlaqsızlar haqqında verilişlər buraxılmasına icazə verlilir? Teleradio Şurası və Mətbuat Şurası hara baxır? Deməli, verilişi hazırlayan jurnalist ciddi cəhdlə zorlanan qızların etiraflarını, sonra qızların vəkilinin şərhini, sonra isə “qəhrəman”ın – manyakın özünün etiraflarını və açıqlamalarını elə cani-dillə efirə verir ki... Elə bil nəsə bir sensasiya əldə edib...

Biz 1996-cı ildə “Space” TV-ni yaratdıq... Sonra “Lider” yarandı... Sonra digər telekanallar fəaliyyətə başladı. Lakin bizim dövrümüzdə televiziyalarda belə əxlaqsızlıqlar baş alıb getmirdi. Bizim vaxtımızda, bizi efirə buraxanda hazırladığımız xəbər və verilişlərdə həmkarlarımız hər şeydən öncə milli və mənəvi dəyərləri önə çəkirdi.

Hansısa bir "moşennik”i, əxlaqsızı xalqa, millətə niyə sırıyırsınız?! Niyə mənim vergi ödədiyim televiziyalar mənə və ümumən vətəndaşlara Vətəni, qəhrəmanları, milli dəyərləri təbliğ etmək əvəzinə, müğənnilərin yataq otaqlarını, alt paltarlarını, sevgililərini göstərirlər. Niyə dəyərli insanları, bu millətə nümunə olan qəhrəmanlarımızı, milli-mənəvi dəyərlərimizdən bəhs edən kitablarımızı, teatr tamaşalarımızı efirlərdə nümayiş etdirmirsiniz? Son dəfə hansı efirdə bir nümunəvi ailə modelini görmüsünüz? Mənə lazım deyil, Xoşqədəmin axtarıb tapdığı dəyərsiz ailələr.

Buradan əlaqədər dövlət xadimlərinə, milli dəyərlərimizi qoruyan idarələrə, böyüklərə üzümü tuturam: efiri bilənlərə, bacaranlara verin! Axı cənab prezident hər çıxışında deyir ki, “Vətən qəhrəmanlarını təbliğ edin!”.

Sizin göstərdikləriniz təbliğat gələcəyimizi məhv edir. Kəndi bəyənməyənlərə kəndin dəyərlərini anladaq. Bəsdir toy müğənnilərini rayonlara - toylara göndərib, pullu çəkilişlər etdiyiniz! Bəsdirin dilənçilik etdiniz! Bu millətin genefondunu, beynini yumayın. Unutmayın ki, bizim torpaqlarımızın 20 faizdən çoxu düşmən tapdağı altındadır.

Sovet İttifaqı qələbəni Levitanın, Bakı isə Aydın Qaradağlının səsi ilə qazandı. O səslər insanalara ruh verdi, güc verdi. Son vaxtlar televiziya efirlərində ümumiyyətlə problemlər göstərilmir. Axı belə deyil, dünyada elə bir ölkə yoxdur ki, hansısa sosial problemi olmasın. Bizim sosial problemlərimiz N qədərdir. İndi ki, yeni nazirlərimiz var, cavandırlar. Yəqin ki, o qocalar kimi məmur kreslolarından istifadə edib, jurnalistlərin yolunu bağlamayacaqlar.
Cəmiyyətdəki problemləri işıqlandırın ki, tədbirlər görülsün. Hər şeyi prezidentin üstünə atmayın. Prezident sosial problemləri həll etmir. Onu həll etmək üçün strukturlar, nazirliklər yaradıb.

Sumqayıtda ağaclar kəsilir, bunu heç bir televiziya işıqlandırmır. “Dünya” TV ancaq qapı-qapı düşüb pul yığır. AzTV-nin yazılmamış nizamnaməsinə görə, Arif Alışanovun sevmədiyi adamlar efirə çıxa bilməzlər və ya AzTV efirində hər şey toy-bayramdır.

Niyə Vətən uğrunda döyüşlərdə yaralanmış, sağlamlığını itirmiş qazilərimizin xəstəxanalara qəbulu zamanı baş verən əngəllərdən, onlara olan etinazsızlıqdan danışılmır? Niyə hospitallarda ancaq 20 il Orduda xidmət edən hərbçinin müalicə almaq haqqı var? Niyə 3 il hərbi qulluqda olub, vətən uğrunda sağlamlığını itirənlərin həmin xəstəxanalara stajı çatmır? Bu çözüləsi problem deyilmi? İşıqlandırın ki, həll yollarını tapa bilək.

Əgər ölkənin əsas televiziyası sosial problemləri, rüşvətxorluq baş alıb gedən nazirlikləri göstərməsə, cəmiyyətdəki çatışmazlıqlarla mübarizə əbəs olacaq. Axı bizim "Mozalan" telejurnalı, "Kirpi" jurnalı kimi tənqid ənənəmiz olub. Bircə dəfə AzTV hansısa problemi işıqlandırsa, o biri qanun pozanlar da bundan nəticə çıxaracaq, sanballı jurnalistlərin dəyəri artacaq.

Bu səbədəndir ki, jurnalistlərə indi cəmiyyətin artığı kimi baxırlar. Bizim sözümüzü, işimizi gücdən salmayın. Hərdən pultunuzun düymələrini dəyişib, ən azı Rusiya televiziyalarının efirlərinə baxın. RTR-də - dövlət televiziyasında tədqiqatçı jurnalistlər hətta nazirləri də təftiş, içra başçılarını da tənqid edirlər, onların rüşvət yolu ilə qazandıqları mülkləri göstərirlər. Ciddi tənqid edirlər. Bir daha xatırladıram ki, televiziya və qəzetlər cəmiyyətin güzgüsüdür. Bu güzgü tozlananda , hər şey torlu görünəcək.

Aida Eyvazlı
Bölmə: Media | 25 aprel 2018 17:08 | Baxış sayı: 377





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: