BolgeXeber.Com » İdman » "Real" Çempionlar Liqasında 150 qələbə qazanan ilk klub olub

"Real" Çempionlar Liqasında 150 qələbə qazanan ilk klub olub

26-04-2018, 09:40
Oxunub: 2 646 "Real" Çempionlar Liqasında 150 qələbə qazanan ilk klub olub"Real" futbol üzrə Çempionlar Liqasının ilk yarımfinal görüşündə "Bavariya" üzərində inamlı qələbə qazanıb.

“Report” xəbər verir ki, Münhenin "Alyans Arena" stadionunda keçirilən görüş 2:1 hesabı ilə qonaqların qələbəsi ilə yekunlaşıb.

Bununla da, "Real" Çempionlar Liqasında 150 qələbə qazanan ilk klub olub. Eyni zamanda, "Kral klubu" klub tarixində bütün Avropa turnirlərində qazanılan qələbələrin sayına görə (306) "Barselona"nın rekordunu təkrarlayıb.