BolgeXeber.Com » Sosial » Son pulunu alış-verişinə xərcləyən xanımlar... - Bu, xəstəlikdir

Son pulunu alış-verişinə xərcləyən xanımlar... - Bu, xəstəlikdir

27-04-2018, 11:43
Oxunub: 3 345 Son pulunu alış-verişinə xərcləyən xanımlar... - Bu, xəstəlikdirGözəllik ondur, doqquzu dondur” sözünü qadınlar yalnız geyimə aid edir.

Hər axşam yatmazdan əvvəl onları bir sual düşündürür,“sabah nə geyinəcəm?”

Saatlarca geyim dolabının qarşısında nə geyinəcəyini fikirləşən bəzi qadınlar,”başqasında var niyə məndə olmasın” prinsipi üzrə yaşayır. Bəzilərində bu, vərdişdən çox xəstəlik halına gəlib çıxa bilir.

Hər gün yeni nəsə almasa həyatında nəyinsə çatışmadığını fikirləşir və son pulunu da geyimə və ona uyğun çantaya, ayaqqabıya xərcləyir.

Hər gün yeni geyim almağı sevimli hobbilərinə çevirənlər də az deyil. İstirahətin, zövqün dadını məhz “şoppinq” lə çıxardaraq sevdikləri geyimlərə istənilən məbləğdə pul xərcləməyi sevirlər. Belə insanlara şapaqoliklər deyilir.

Bəziləri isə depressiyadan çıxış yolunu “şoppinq”də görərək, bu yolla stress atdıqlarını düşünürlər.