loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 
Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

Tərtərdə oftalmoloq-alim Zərifə xanım Əliyevaya həsr edilən elmi-praktik konfrans keçirilib - FOTO

Tərtərdə oftalmoloq-alim Zərifə xanım Əliyevaya həsr edilən elmi-praktik konfrans keçirilib - FOTOTərtər rayon Mədəniyyət Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Bolgexeber.com xəbər verir ki, rayon icra hakimiyyətinin, huquq-mühafizə orqanlarının rəhbərlərinin, səhiyyə, təhsil və mədəniyyət işçilərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə ulu öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilib.

Əvvəlcə iştirakçılar akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş filmə baxıblar.

Tərtərdə oftalmoloq-alim Zərifə xanım Əliyevaya həsr edilən elmi-praktik konfrans keçirilib

Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov akademik Zərifə Əliyevanın zəngin həyat yolundan, pedaqoji və həkimlik fəaliyyətindən danışıb, onun Azərbaycan səhiyyəsinə verdiyi töhfələrin əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, Zərifə xanım Əliyeva hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq və onun xatirəsi daim hörmətlə anılacaq.

Tərtərdə oftalmoloq-alim Zərifə xanım Əliyevaya həsr edilən elmi-praktik konfrans keçirilib

Rayon mərkəzi xəstəxanasının baş həkimi Yaşar Hüseynov, həkimlərdən Arzu Əhmədova, Əfsanə Məmmədova çıxış edərək qeyd ediblər ki, Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəstxəti olan novator alim idi. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyib, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib. Natiqlər Zərifə xanımın qayğıkeş ana, əsl insan kimi hər bir azərbaycanlı xanıma örnək olduğunu və elmi tədqiqatları ilə oftalmologiya elminə misilsiz töhfələr verdiyini vurğulayıblar.

Tərtərdə oftalmoloq-alim Zərifə xanım Əliyevaya həsr edilən elmi-praktik konfrans keçirilib

Tədbir rayon incəsənət ustalarının hazırladığı konsert proqramı ilə davam etdirilib.

Bölmə: Bölgə | 28 aprel 2018 12:21 | Baxış sayı: 441

ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: