BolgeXeber.Com » Dünya » Ulduz falı: Sürprizlərə hazır olun

Ulduz falı: Sürprizlərə hazır olun

30-04-2018, 09:17
Oxunub: 3 416 Ulduz falı: Sürprizlərə hazır olunBUĞA - İşinizlə bağlı xeyli yeniliklərin şahidi olacaqsınız

QOÇ - Ümumi sıxıntılarınız qlobal planlarınızın gerçəkləşməsinə mane olur. Yaxşı şeylər düşünün. Çünki insan fikri gələcəyi formalaşdırır. Pula görə kiminləsə düşmənçilik yaratmayın.

BUĞA - İşinizlə bağlı xeyli yeniliklərin şahidi olacaqsınız. Ürəyinizcə olan təkliflər alacağınıza da şübhə etməyin. Axşama doğru isə müəyyən təxribatlarla baş-başa qalma ehtimalınız var.

ƏKİZLƏR - Olduqca əlverişli gündür. Yeni və perspektivli sövdələşmələrdə iştirakınızdan tutmuş maliyyə məsələlərinə qədər ulduzlar yardımçınız olacaq. Ona görə də boş oturmamalısınız.

XƏRÇƏNG - Saat 15-ə qədər hansısa uğurlu cəhdlərə nail olacağınızı düşünməyin. Göstərilən müddətdə yalnız istirahətə fikir verin. Yalan vədlər vermək, əsassız danışmaq zərərinizədir.

ŞİR - Sevgi münasibətlərində mövcud olan müəmma və anlaşılmazlıqları yoluna qoymaq üçün şanslı vaxtdır. Bu fürsəti fövtə verməyin. Amma işlə bağlı riskli sövdələşmələrdən uzaq olun.

QIZ - Fəaliyyət sahəsində uğurlara yaxınlaşdığınızı bəyan edən Göy qübbəsi aktivliyinizi artırmağı məsləhət görür. Ailə-sevgi və digər münasibətlərdə də vəziyyət xeyrinizə olacaq.

TƏRƏZİ - Günün birinci yarısında mübahisəli situasiyalara cəlb olunma ehtimalınız böyükdür. Odur ki, hər xırda məsələyə ciddi reaksiya verməyin. Nahardan sonra maraqlı görüşləriniz gözlənilir.

ƏQRƏB - Qərarlarınızda qətiyyətli olsanız, müvəffəqiyyətə yaxınlaşacaqsınız. Mənfi enerjili Ayın bürcünüzdə olmasını da unutmayın. Bədxah adamları həqiqət və reallıqla məğlub edin.

OXATAN - Bəri başdan sürprizlərə hazır olun. Oturaq işlərə aludə olmaqdansa, fəallığınızı artırın. Bəxtinizdə qazanc da var. Nahar ərəfəsində cinayət tərkibli və dinə zidd addımlardan yayının.

OĞLAQ - Bir qədər darıxdırıcı olsa da, daxili sabitliyinizi qorumaqla müəyyən rahatlıq tapa bilərsiniz. Ciddi qərarlar qəbul etməyinizə lüzum yoxdur. Axşam qonaq getməyiniz yaxşı olar.

SUTÖKƏN - Ulduzlar əsas vaxtınızı maliyyə istiqamətində xərcləməyinizi məsləhət görür. Hər hansı əyləncə və ya səfərlər uğurdan xəbər vermir. Bu şansdan yararlansanız, büdcəniz artacaq.

BALIQLAR - Ümumi məziyyətlərinə görə gərgin gün hesab etmək olar. Bu səbəbdən də bütün enerjinizi təmkinli olmağa yönəltməlisiniz. Əsəbinizlə oynayan adamlarla üz-üzə gəlməməyə çalışın.