BolgeXeber.Com » Siyasət » Pakistanlı Britaniyanın daxili işlər naziri oldu

Pakistanlı Britaniyanın daxili işlər naziri oldu

30-04-2018, 16:07
Oxunub: 3 766 Pakistanlı Britaniyanın daxili işlər naziri olduBöyük Britaniyanın istefaya getmiş daxili işlər naziri Ember Raddın yerinə yeni şəxs gətirilib

Novator.az-ın məlumatına görə, aprelin 30-da daxili işlər naziri postuna pakistanlı Sacid Cavid təyin olunub.

Amber Radd miqrant problemi fonunda parlamentlə anlaşılmazlığa görə aprelin 29-da istefa verib.

1969-cı il təvəllüdlü Sacid Cavid bu təyinata qədər regionlar və yerli idarəetmə orqanları ilə iş üzrə nazir idi.

Novator.az xatırladır ki, 2016-cı ildən Britaniyanın paytaxtı Londonun meri postunu pakistanlı Sadiq Xan tutur.