BolgeXeber.Com » Xəbərlər » Komitə sədri departament direktorunu işdən çıxardı

Komitə sədri departament direktorunu işdən çıxardı

30-04-2018, 17:44
Oxunub: 2 395 Komitə sədri departament direktorunu işdən çıxardıQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kadr dəyişikliyi olub.

Bolgexeber.com saytı "Report"a istinadən xəbər verir ki, komitənin Repatriasiya departamentinin direktoru Elman Behbud oğlu İsmayılov vəzifəsindən azad edilib.

Boş qalan departament direktoru vəzifəsinə hələlik təyinat olmayıb.

Qeyd edək ki, E.İsmayılov 2003-cü ildən bu vəzifədə çalışıb. Onun adı məcburi köçkünlərə verilən mənzillərin bölüşdürülməsindəki rüşvət məsələsində çox hallanırdı...